Sponsorluq və xeyriyyəçilik

Sponsorluq PR fəaliyyətinin geniş yayılmış növlərindən biridir. Bəzən onu xeyriyyəçiliklə səhv salırlar. Bunlar arasında fərq doğrudan da çətin seziləndir. Sponsorluq təşkilatın reklam və marketinq strategiyası ilə birbaşa əlaqədar olan fəaliyyət növüdür. Təsadüfi deyil ki, reklam nəzəriyyəçiləri və marketoloqlar sponsorluq üçün çəkilən xərclərin səmərəliliyini yoxlamaq üçün xüsusi metodlar da təklif edirlər. Xeyriyyəçilik isə daha filantropik məqsədlər güdür və o, sırf PR fəaliyyətidir. Bu fərqi daha aydın təsəvvür etmək üçün aşağıdakı misallara diqqət yetirək:


  • Sponsorluq — təşkilat hər hansı kitabın nəşrini bütövlükdə və ya qismən maliyyələşdirir və bunun müqabilində kitabın titul səhifəsində öz loqotipinin çap olunmasını tələb edir.

  • Xeyriyyəçilik — təşkilat nəşr olunmuş kitabın tirajının bir hissəsini alır və onu pulsuz olaraq yetim uşaqlara paylayır.

Ardı →

Nəşrlər

Nəşrlər (bülletenlər, broşüralar, kataloqlar və s.) ictimaiyyətlə əlaqələnin həyata keçirilməsi üçün olduqca səmərəli vasitədir. Dövri mətbuat və elektron kütləvi informasiya  vasitələri daha operativ olduqları üçün belə nəşrlərin əhəmiyyətinə müəyyən mənada kölgə salırlar. Lakin nəşrlərin öz üstünlükləri var. Siz hər şeyi məhz özünüz istədiyiniz kimi hazırlaya bilərsiniz, çünki redaktə etmək, mətndə, illüstrasiyada, kompozisiyada düzəlişlər aparmaq üçün xeyli vaxtınız olur. Həmçinin siz materialı istədiyiniz qədər genişləndirə bilərsiniz ki, oxucular müxtəlif aspektlərin dərinliyinə varsınlar. Belə nəşrlər daha uzunömürlü olur, həm də əldən-ələ ötürülə bilir. Bir sözlə, siz hər şeyi idarə edirsiniz. Nəşrləri yaymaq imkanları da genişdir. Onlar poçtla göndərilə, sərgi zamanı paylanıla, ya da hər hansı mal dəstinə daxil edilə bilər.


Ardı →

Ünsiyyətdə böhran

İlk peşəkar PR-menlərdən biri jurnalist Ayvi Li olub. O, əvvəlcə kömür sənayesi sahəsində çalışıb, sonra Pensilvaniya dəmir yolları idarəsi üçün PR xidmətləri göstərib,  1914-cü ildə isə Con Rokfellerin məsləhətçisi olub.Mətbuat və işgüzar dairələrlə münasibətlərin qurulmasına cavabdeh olan Ayvi Li əsasən kömür sənayesində və dəmir yolunda o zaman tez-tez baş verən qəzalarla məşğul olurdu.

Beləliklə, iddia etmək olar ki, yarandığı ilk dövrlərdən PR-nin əsas vəzifələrindən biri böhran anlarında təşkilatın imicini qoruyub saxlamaq olub. Doğrudan da, PR fəaliyyəti yalnız furşetlər və banketlərlə müşaiyət olunan gözəl və möhtəşəm tədbirlərdən ibarət deyil. Yaxşı PR xidməti daim böhran vəziyyətinə hazır olmalıdır, mümkün qədər onu qabaqlamalıdır. Hər bir böhran gec-tez keçib gedir, lakin həmin vəziyyətdə təşkilatın davranışı böhran qurtardıqdan sonra ictimaiyyətin ona münasibətini müəyyən edir.


Ardı →

Kütləvi informasiya vasitələrində PR

1999-cu ilin sentyabrında Azərbaycanın bir qrup mətbuat işçisi ABŞ-a səfər zamanı bu ölkənin bəzi jurnalist təşkilatları və kütləvi informasiya vasitələrinin işi ilə tanış olmuşdu. Onlardan biri də Nyu Orlean şəhərində çıxan «Nyu Orleans Tribyun» qəzeti idi. Redaksiyaya iki il bundan əvvəl rəhbərlik etməyə başlamış naşir qəzet haqqında azərbaycanlı jurnalistlərə məlumat verərək bildirmişdi ki, o, 1925-ci ildən çıxır və bir amerikalı ailəsinə məxsusdur. Vaxtilə bu qəzet Luiziana ştatının ən çoxtirajlı və varlı qəzetlərindən olubmuş. Lakin beş il öncə bəzi səbəblər üzündən qəzetin tirajı sürətlə aşağı düşməyə və o, ziyanla işləməyə başlayıb. Qəzetin ixtisasca marketoloq olan yeni redaktoru iki il ərzində vəziyyəti dəyişməyə və nəşrin tirajını 500 nüsxədən on min nüsxəyə qədər qaldırmağa müvəffəq olub.


Ardı →

Qeyri-hökumət təşkilatlarında PR

Əvvəlcə kommersiya şirkətləri ilə gəlirsiz təşkilatlar (xeyriyyə təşkilatları, ictimai birliklər, fondlar, peşəkar assosiasiyalar, biznes-assosiasiyalar) arasındakı fərqə nəzər yetirək.


Kommersiya şirkətinin məqsədi daha çox investisiya cəlb etməklə mal və xidmətlərinin çeşidini, sayını və keyfiyyətini artırmaq, beləliklə, daha çox gəlir götürməkdir.Gəlirsiz təşkilat, adından da göründüyü kimi, gəlir götürmək məqsədi güdmür. Onun fəaliyyəti hər hansı sosial sferanın və ya biznes sektorunun inkişafına, öz üzvlərinin peşəkarlığının və ya sosial durumunun yüksəldilməsinə yönəlib.


Lakin bu, heç də o demək deyil ki, gəlirsiz təşkilata pul lazım deyil. Daimi işçilər, ofis saxlamaq, onları lazımi texnika ilə təchiz etmək, tədbirlər (konfranslar, seminarlar, treninqlər) keçirmək, araşdırmalar aparmaq və s. böyük miqdarda vəsait tələb edir. Bəs məqsədi pul qazanmaq olmayan gəlirsiz təşkilatlar bu vəsaiti necə əldə edirlər?


Ardı →

Siyasətdə və dövlət təşkilatlarında PR

Siyasi PR-də bir inkaredilməz tezis var: seçicinin namizədlə birbaşa əlaqə saxlamaq, bilavasitə ünsiyyət yaratmaq imkanı son dərəcə məhdud olduğundan, namizədin imici, obrazı, ekrandakı və ya qəzet səhifəsindəki şəkli onun seçiminə böyük təsir göstərir. Riçard Niksonun nitqlərini yazan Rey Prays bu seçimi namizədin obrazı ilə seçici arasında gedən «kimyəvi prosesin nəticəsi» adlandırır. Doğrudan da, əslində seçilən — şəxsin özü  deyil, onun obrazıdır, çünki seçicilərin 99 faizinin namizədlə bilavasitə ünsiyyətdə olmaq imkanı yoxdur. Burada şəxs deyil, onun ekrandakı görünüşü; namizədin necə olması deyil, onun necə görünməsi və seçicilər tərəfindən necə qəbul edilməsi əsas rol oynayır. Odur ki, imicmeyker də öz müştərisini yox, onun haqqındakı təəssüratı dəyişməyə və ya sadəcə gücləndirməyə çalışır. O başa düşür ki, seçici istənilən siyasətçini daim öz ideal namizəd və ya prezident obrazı ilə müqayisə edir.
Davamı →

Biznesdə PR

İlk PR kompaniyaları məhz bizneslə, xüsusilə maliyyə institutları ilə bağlı olub. ABŞ-da ilk ümummilli PR təşkilatı 1915-ci ildə Çikaqoda yaranıb. O zaman yeddi bank sahibi Maliyyə Reklamı Assosiasiyası adlı bir təşkilat təsis etdi — indiki anlamda PR adlandırdığımız biznes o vaxt «yüksək səviyyəli reklam»  kimi başa düşülürdü.
Bank işində  PR -nin hava, su kimi vacib olması sadə bir məntiqlə izah olunur: əmanətçilər vəsaitlərini saxladıqları banka etibar etməlidirlər. Bu etibarı isə PR işini düzgün qurmaqla əldə etmək olar. Təsadüfi deyil ki, mətbuatda dərc olunan PR materiallarının böyük hissəsini bankların maliyyə hesabatları təşkil edir.
Davamı →

İctimai əlaqələr üçün vacib olan elm sahələri

İctimai əlaqələr başqa kommunikativ elm sahələri ilə sıx bağlıdır. Nəzərə alsaq ki, ictimai əlaqələr  müəyyən mənada gələcəyin elmidir, onda cəsarətlə bütün mövcud kommunikasiya elmlərini bu sahəyə tətbiq etmək mümkündür.
  • Kommunikasiya nəzəriyyəsi. İctimai əlaqələrin ən ümdə vəzifəsi müəyyən xarakterə malik informasiyanı cəmiyyətdə yaymaqdır. Buna nail olmağın müxtəlif yolları mövcuddur. Məsələn, bu məqsədlə cəmiyyətdə sayılıb-seçilən «fikir liderləri»ndən» istifadə etmək yaxşı nəticələr verir, çünki kütlə yalnız daha çox məlumatı olanlarla ünsiyyətdən sonra bu və ya başqa hadisəyə münasibətini dəyişir. Çox vaxt stereotip  təsəvvürlər müəyyən bir ideyanı qəbul etməyə mane olur. Bu zaman yeni  stereotiplər yaradıb onları cəmiyyətə «yeritməyə» ehtiyac duyulur.

Davamı →

Auditoriyalar

«Auditoriya» anlayışı PR-də ən vacib anlayışlardan biridir. Hökumət səviyyəsində həyata keçirilən PR proqramlarını nəzərə almasaq, demək olar ki, hər bir təşkilatın PR strategiyası ümumən əhaliyə deyil, onun ayrı-ayrı qruplarına yönəlib. Bu qrupların özlərini aşkar etməkdən savayı, onların ideallarını, maraqlarını, istifadə etdikləri kommunikasiya kanallarını müəyyən etmək lazımdır. Beləliklə, lazımi auditoriyanın müəyyənləşdirilməsi prosesi üç mərhələni əhatə edir:


  1. Əhalinin hansı hissəsi lazım olan auditoriyanı təşkil edir?

  2. Bu auditoriya nəyə üstünlük verir?

  3. Bu auditoriyaya hansı kommunikasiya kanalları ilə təsir etmək mümkündür?

Ardı →

Dizayn və imic

Dizayn — ünsiyyətin bir hissəsidir. Məlumdur ki, insanın hamıdan çox danışması heç də həmişə onun hamıdan yaxşı  bilməsi demək deyildir.


Şirkətin ictimaiyyətlə təmasları təkcə sözün köməyi ilə deyil,  həm də mallar, xidmətlər və təşkilatın zahiri siması vasitəsilə həyata  keçirilir. Dizayn siyasəti kommunikasiya siyasətinin bir  hissəsi kimi nəzərdən keçirilməlidir, çünki dizayn — ünsiyyətdir. Dizaynın əsasında kommunikasiya siyasəti durduqda, problemləri daha asan aradan qaldırmaq olur.


Dizayn üzrə xidmətlər reklam agentlikləri və ictimaiyyətlə əlaqə üzrə qurumlarla əməkdaşlıq edən sərbəst rəssamlardan  tutmuş, ixtisaslaşmış nəşriyyat evlərinə qədər çoxsaylı təşkilatlar tərəfindən  təklif edilə bilər.


Ardı →